SCİMAGO reytinqinə görə Azərbaycanın Yer elmlərinin ayrı-ayrı sahələri üzrə 216 ölkə sırasındakı mövqeyi açıqlanıb.
APA xəbər verir ki, bu barədə AMEA-nın Neft və Qaz İnstitutunun direktoru Fəxrəddin Qədirov məlumat verib.
Onun sözlərinə görə, Azərbaycan Geofizika üzrə 216 ölkə arasında 48-ci yerdədir:
“Geologiya üzrə 61-ci, Stratiqrafiya üzrə 74-cü, Geokimiya və petrologiya üzrə 72-ci, Okeanoqrafiya üzrə 107-ci və Coğrafiya üzrə 120-ci yerdədir".
Aysel Şahmar