Azərbaycanlı həkim Almaniyada ən gənc yüksək ixtisaslaşmış neyroradioloq olub

Nuran Abdullayev

© APA | Nuran Abdullayev

# 17 noyabr 2022 13:14 (UTC +04:00)

Almaniyada yaşayan tanınmış azərbaycanlı həkim Nuran Abdullayev neyroradiologiya sahəsi üzrə yeni diplom alıb.

Bu barədə APA-ya Nuran Abdullayev özü məlumat verib.

"Almaniyanın İnvaziv Radiologiya və minimal-invaziv Terapiya Cəmiyyəti, eləcə də Almaniyanın Neyroradiologiya və Rentgen Cəmiyyətləri tərəfindən ayrı-ayrılıqda aparılan qiymətləndirmə və təsdiqetmə prosesindən sonra "Minimal-invaziv neyroradioloq mütəxəssis" diplomunu aldım. Bu, Almaniyada invaziv neyroradiologiya sahəsində ən son dərəcəli - 2-ci kvalifikasiya səviyyəsidir. Bu kvalifikasiya səviyyəsinə yiyələnmək üçün Almaniyada cəmi 161 mərkəz var ki, Köln Universitet Klinikasının Neyroradiologiya departamenti ilk 5-likdə yer alır və Nordrayn-Vestfalen ərazisində ilk yeri tutur", - deyə o bildirib.

N. Abdullayev əlavə edib ki, Almaniyada bu cür uğur qazanan ilk azərbaycanlı həkim olmaqla yanaşı, digər xarici həmkarları ilə müqayisədə ən gənc olması da qürurvericidir.

Qeyd edək ki, Almaniyada bu kvalifikasiya səviyyəsini qazanmış cəmi 300-ə yaxın yüksək ixtisaslaşmış neyroradioloq var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR