Bakıda 19 marşrut avtobusunun hərəkəti dəyişdiriləcək - VİDEO

Bakıda 19 marşrut avtobusunun hərəkəti dəyişdiriləcək - VİDEO
# 06 noyabr 2022 20:24 (UTC +04:00)

8 Noyabr Zəfər Günü münasibətilə hərbi orkestrin müşayiəti ilə şəxsi heyətinin yürüşü ilə əlaqədar avtomobillərin hərəkətinə tətbiq ediləcək məhdudiyyətlərə uyğun olaraq bir sıra müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemi müvəqqəti olaraq dəyişdiriləcək.
APA xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Yürüşün təşkil olunacağı 3 istiqamət üzrə ümumilikdə 19 sayda marşrutun (3, 5, 6, 10, 17, 18, 31, 37, 39, 53, 65, 77, 88, 96, 125, 127, 205, 206 və E1) hərəkəti müəyyən olunan saatlarda məhdudiyyətlərə uyğun alternativ küçələrdən keçməklə təşkil ediləcəkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR