Bakıda 25 avtobusun hərəkət intervalında gecikmələr var

Bakıda 25 avtobusun hərəkət intervalında gecikmələr var
# 25 iyul 2022 08:40 (UTC +04:00)

Vahid Dispetçer Xidmətinin bu gün səhər pik saatlarına olan məlumatına əsasən paytaxtın müxtəlif ərazilərində müşahidə olunan nəqliyyat sıxlıqları səbəbindən 18 müntəzəm marşrut xətti üzrə 25 avtobusun hərəkət intervalında gecikmələr var.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən APA-ya verilən məlumatda bildirilib.

Gecikmə müşahidə edilən marşurutlar aşağıdakılardır:

1. Ziya Bünyadov prospektinin, Müzəffər Nərimanov küçəsi ilə kəsişməsindən başlayaraq köməkçi yol, eyni zamanda, M.K.Atatürk prospekti ilə kəsişməsindən Azadlıq prospekti ilə kəsişməsinə qədər olan hissə - köməkçi yolda 20 Yanvar dairəsi istiqamətində eyni zamanda əks istiqamətdə 7A, 7B, 11, 24, 67, 71, 85 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda gecikmə 6-8 dəqiqə gecikmə müşahidə olunur

2. Tbilisi prospekti–20 yanvar dairəsi və şəhər istiqamətində 2, 13, 65 və 79 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 8-12 dəqiqə gecikmə müşahidə olunur.

3. Bakı – Sumqayıt şossesində –Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısından 20 Yanvar dairəsi istiqamətində Moskva pr-də və əks istiqamətdə Ekologiya postuna qədər sıxlıq müşahidə olunur. Bu səbəbdən də həmin ərazidən keçən 2, 7A, 13, 14, 18, 65, 67, 83, 96, 114A, 114B, 119, 135 N-li müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 8-10 dəqiqə gecikmə müşahidə olunur.

4. Koroğlu Rəhimov küçəsi – Hər iki istiqamətində sıxlıq. Bu səbəbdən də həmin ərazidən keçən 13N-li müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 10-12 dəqiqəyə gecikmə müşahidə olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR