Baş prokuror Ucarda vətəndaşları qəbul edib - FOTO

Baş prokuror Ucarda vətəndaşları qəbul edib - FOTO
# 03 avqust 2022 17:44 (UTC +04:00)

Baş prokuror Kamran Əliyev bu gün Ucar rayon prokurorluğunun inzibati binasında Ucar, Kürdəmir, Göyçay və Zərdab rayonları, həmçinin digər bölgələrdən olan vətəndaşları qəbul edib.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ay verilən xəbərə görə, qəbuldan əvvəl Baş prokuror xalqımızın Ümummilli Lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət etmiş, gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad edib.
Qəbulda iştirak edən 83 vətəndaşın müraciətində qaldırdıqları məsələlərin, o cümlədən konkret cinayət işlərinin istintaqı və törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları , mülki xarakterli mübahisələrlə bağlı və sosial problemlərə aid müraciətlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün Kamran Əliyev müvafiq göstərişlər verib.
Qəbuldan sonra Baş prokuror Kürdəmir, Göyçay və Zərdab rayon prokurorluqlarına gedib. Əməkdaşlarla görüşlər keçirən baş prokurur onlara konkret tapşırıqlar verib, vətəndaşların müraciətlərinə obyektiv baxılması və qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşıdıqlarını diqqətə çatdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR