Deputat: “Əmək Məcəlləsinə tıxacla bağlı işə gecikənlərlə əlaqədar maddə daxil edək”

Fazil Mustafa, Milli Məclisin deputatı

© APA | Fazil Mustafa, Milli Məclisin deputatı

# 30 sentyabr 2022 16:06 (UTC +04:00)

“Təklif edirəm ki, Əmək Məcəlləsinə tıxacla bağlı işə gecikənlərlə bağlı maddə daxil edək”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.

Deputat bildirib ki, Bakının ətraf bölgələrindən gələnlər bu problemi daha çox hiss edir: “Tıxaca görə 1 saat gecikmə məsələsi qanunvericilik səviyyəsində olmasa da, Nazirlər Kabinetinin qərarlarında əks olunsun. Xüsusilə də ən azı bunun qadınlara yönəlik tətbiq olunması lazımdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR