FHN əməkdaşlarının həmmüəllif olduğu ixtira beynəlxalq patentə layiq görülüb - FOTO

FHN əməkdaşlarının həmmüəllif olduğu ixtira beynəlxalq patentə layiq görülüb - FOTO
# 07 iyul 2022 16:05 (UTC +04:00)

Azərbaycanda bir qrup elmi işçinin həmmüəllifi olduğu ixtira beynəlxalq patentlə qiymətləndirilib.

Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Məlumata görə, qrupun tərkibində iştirak edən Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutunun (AzDƏMTTETİ) böyük elmi işçisi, doktorant Qurban Məmmədovun ideya müəllifi olduğu ixtirası Avrasiya Patent Təşkilatı tərəfindən beynəlxalq patentlə qiymətləndirilib. Agentliyin əməkdaşı Natiq Seyidəhmədov və AzDƏMTTETİ-nin şöbə müdiri Hikmət Qurbanovun həmmüəllif olduğu “Mayelərin sıxlığını və özlülüyünü ölçən qurğu” adlı ixtira nəzarət-ölçmə cihazları və avtomatika sahəsində “sənayedə tətbiq və yenilik” meyarlarına cavab verərək beynəlxalq aləmdə öz təsdiqini tapıb. 040456 nömrəli beynəlxalq patentlə təsdiqlənmiş qurğu – maye mühitlərin fiziki-kimyəvi xassələrini – sıxlığını və özlülüyünü ölçən texniki vasitələrə aiddir və onlardan sənayenin neft, kimya, yanacaq, nəqletmə və s. sahələrində istifadə oluna bilər.

İxtiranın məqsədi mayelərin sıxlığını və özlülüyünü ölçən qurğunun ölçmə müddətinin azaldılması və dəqiqliyinin artırılmasından ibarətdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR