Gəncədə Zəfər Günü ilə bağlı tədbir keçirilib - FOTO

Gəncədə Zəfər Günü ilə bağlı tədbir keçirilib - FOTO
# 08 noyabr 2022 12:05 (UTC +04:00)

Gəncədə 8 Noyabr - Zəfər Günü təntənəli şəkildə qeyd olunub.

APA-nın yerli bürosunun məlumatına görə, Gəncənin Şəhidlər xiyabanında təşkil olunan tədbirdə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki baş konsulu Zeki Öztürk, Gürcüstanın Gəncədəki baş konsulu Nikolos İaşvili, Milli Məclisin deputatları, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri və Vətən müharibəsi iştirakçıları, sakinlər iştirak ediblər.

8 Noyabr - Zəfər Gününə həsr olunan ümumşəhər tədbiri Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib. Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR