İndoneziya sahillərində 5,4 bal gücündə zəlzələ qeydə alınıb.
APA xəbər verir ki, bu barədəAvropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentri İndoneziyanın təxminən 451 min nəfər əhalisi olan Manado şəhərindən 153 kilometr şərqdə yerləşib.
Zəlzələ ocağı yerin 33 kilometr dərinliyində yerləşib.
Tələfat və sunami təhlükəsi barədə məlumat verilməyib.