İranda zəlzələ baş verib.
Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən xəbərə görə, zəlzələ yerli vaxtla saat 09:55-də Naxçıvan stansiyasından 80 km cənub-qərbdə, İran ərazisində qeydə alınıb. Zəlzələ Naxçıvan MR-də 3 bala qədər hiss olunub.
Zəlzələnin maqnitudası 4.5, dərinliyi isə 7 km olub.
***
10:02
Bu gün 09:56-da Naxçıvan MR-da zəlzələ qeydə alınıb.
APA-nın Naxçıvan bürosu xəbər verir ki, zəlzələ daha çox Naxçıvan şəhərində hiss edilib.
Zəlzələ təxminən 6-7 saniyə davam edib.