Jurnalist Mais Məmmədov dəfn olunub - FOTO

Jurnalist Mais Məmmədov dəfn olunub - FOTO
# 17 iyul 2022 13:11 (UTC +04:00)

Jurnalist Mais Məmmədov Yasamal qəbiristanlığında dəfn olunub.

APA-nın xəbərinə görə, dəfndə Mətbuat Şurasının sədri Əflatun Amaşov, aktyor Fəxrəddin Manafov, Tofiq Abbasov, Vahid Mustafayev və digər şəxslər iştirak ediblər.

Dəfn mərasiminə Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva adından əklil göndərilib.

Qeyd edək ki, Əməkdar jurnalist Mais Məmmədov 84 yaşında vəfat edib.

Mais Məmmədov 12 iyul 1938-ci ildə Bakıda doğulub. 1998-ci ildən 2016-cı ilədək ANS Müstəqil Yayım və Media Şirkətində rəhbər vəzifələrdə - ictimai əlaqələr üzrə baş müşavir, prezidentin müşaviri kimi çalışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR