Küçədə yaşayan kimsəsizlər üçün Bakıda iki xəstəxanada yer ayrılıb

Küçədə yaşayan kimsəsizlər üçün Bakıda iki xəstəxanada yer ayrılıb
# 05 may 2023 15:56 (UTC +04:00)

Bəlli yaşayış yeri olmayan, sığınacaqlarda yaşayan insanlarla bağlı tibbi göstəriş olduğunda koordinasiya şöbəsinin əməkdaşları tərəfindən ixtisaslaşmış xəstəxana seçilir və idarə olunur.

APA xəbər verir ki, bunu TƏBİB-in İxtisaslı tibbi yardım departamentinin Koordinasiya şöbəsinin müdiri Mübariz Ağayev deyib. O qeyd edib ki, küçədə yaşayan, kimsəsiz adamlar üçün də Bakı şəhərində xüsusi xəstəxanalar ayrılıb:

“14 və 23 nömrəli Birləşmiş Şəhər Xəstəxanalarında kimsəsiz şəxslər üçün yer ayrılıb. Həmin xəstələrlə bağlı zərurət yarandığı halda digər ixtisaslaşmış xəstəxanalara da köçürülə bilirlər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR