Laçın-Xankəndi yolundan BQXK-nın 6 avtomobili keçid edib - VİDEO - YENİLƏNİB

Laçın-Xankəndi yolundan BQXK-nın 6 avtomobili keçid edib - VİDEO  - YENİLƏNİB
# 06 fevral 2023 16:13 (UTC +04:00)

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan mülki avtomobillərin sərbəst keçidi davam edir.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) səhər saatlarında Xankəndidən Laçın istiqamətinə gedən minik maşınları geri qayıdıb.

BQXK maşınları aksiya keçirilən ərazidən maneəsiz keçid edib.

***

09.24

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan mülki avtomobillərin sərbəst keçidi davam edir.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, Xankəndindən gələn Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus altı minik maşını aksiya keçirilən ərazidən Laçın istiqamətinə maneəsiz keçid edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR