Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan mülki avtomobillərin sərbəst keçidi davam edir.
APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, bir qədər əvvəl yoldan Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus altı minik, bir yük maşınıLaçından Xnkəndiyə doğru hərəkət edib.
Qeyd edək ki, BQXK-ya məxsus altı minik, bir yük maşını səhər saatlarında Xankəndidən Laçın istiqamətinə keçid etmişdi.
***
10.45
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan mülki avtomobillərin sərbəst keçidi davam edir.
APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, bir qədər əvvəl yoldan Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus altı minik, bir yük maşını Xankəndidən Laçın istiqamətinə keçib.
Aksiya iştirakçıları onların keçidinə şərait yaradıb.