Laçın-Xankəndi yolundan gün ərzində RSK-nın 38 avtomobili keçib - VİDEO - YENİLƏNİB-5

Laçın-Xankəndi yolundan gün ərzində RSK-nın 38 avtomobili keçib - VİDEO  - YENİLƏNİB-5
# 24 yanvar 2023 18:12 (UTC +04:00)

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, Laçından Xankəndi istiqamətinə daha iki minik avtomobili keçib.

Bundan başqa, RSK-ya aid nasaz yük avtomobili digər avtomobilin yedək hissəsində Laçından Xankəndi istiqamətinə keçirilib.

Aksiya iştirakçıları onların keçidinə şərait yaradıb.

Qeyd edək ki, gün ərzində aksiya keçirilən ərazidən RSK-ya məxsus 38 avtomobil keçib.

***

17.15

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, bir qədər əvvəl Laçından Xankəndi istiqamətinə RSK-nın 1 zirehli avtomobili və bir yük maşını keçib.

Aksiya iştirakçıları onların keçidinə şərait yaradıb.

Qeyd edək ki, gün ərzində aksiya keçirilən ərazidən RSK-ya məxsus 35-dən artıq avtomobil keçib.

***

14.59

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, bir qədər əvvəl Laçından Xankəndi istiqamətinə RSK-nın 10 avtomobili keçib.

Aksiya iştirakçıları maşınların keçidinə şərait yaradıb.

***

12.48

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Xankəndi-Laçın yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, bir qədər əvvəl aksiya keçirilən yerdən Xankəndidən Laçın istiqamətinə 8 yük avtomobili keçib.

Bu gün səhərdən Laçın-Xankəndi yolundan RSK-ya məxsus 20 təminat yüklü avtomobil aksiya keçirilən ərazidən keçid edib.

***

11.17

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, bir qədər əvvəl Xankəndidən Laçın istiqamətinə 1 kran və 8 yük avtomobili keçib.

Aksiya iştirakçıları heç bir maneə törətmədən onların keçidinə şərait yaradıb.

***

10.30

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, bir qədər əvvəl Xankəndidən Laçın istiqamətinə 3 minik avtomobili keçib.

Aksiya iştirakçıları heç bir maneə törətmədən onların keçidinə şərait yaradıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR