Laçın yolundan BQXK-nın 2 avtomobili keçid edib - VİDEO - YENİLƏNİB

Laçın yolundan BQXK-nın 2 avtomobili keçid edib - VİDEO  - YENİLƏNİB
# 10 yanvar 2023 14:46 (UTC +04:00)

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan mülki avtomobillərin sərbəst keçidi davam edir.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, yoldan Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus avtomobillərin keçidinə şərait yaradılıb.

Səhər saatlarında Xankəndidən Laçına gedən BQXK-yə məxsus 2 avtomobil geri qayıdıb.

***

09.10

Laçın-Xankəndi yolundan Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus avtomobillərin keçidinə şərait yaradılıb.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, 08:42-də BQXK-yə məxsus 2 avtomobil Xankəndidən Laçına keçid edib.

Aksiya iştirakçıları yoldan çəkilərək avtomobillərin keçidi üçün dəhliz açıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR