Makron Putinlə telefon danışığında Zaporojye AES-i müzakirə edəcək

Makron Putinlə telefon danışığında Zaporojye AES-i müzakirə edəcək
# 03 dekabr 2022 17:27 (UTC +04:00)

Fransa Prezidenti Emmanuel Makron yaxın vaxtlarda rusiyalı həmkarı Vladimir Putinlə telefonla danışmaq niyyətindədir.

APA TASS-a istinadən xəbər verir ki, o bu barədə TF1 telekanalına müsahibəsində deyib.

Fransa Prezidenti bildirib ki, telefon danışığı zamanı o, həmçinin Ukraynadakı Zaporojye Atom Elektrik Stansiyasında (AES) yaranmış vəziyyətlə bağlı müzakirə aparmaq niyyətindədir.

“Biz Ukraynaya kömək etməyə davam etməli, eskalasiyadan qaçmağa cəhd etməli, Zaporojye AES-i qorumalı və hamının danışıqlar masası arxasında oturacağı günə hazırlaşmalıyıq”, - o əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR