Məktəbəhazırlıq qruplarında dərslər oktyabrın 3-də başlayacaq

Məktəbəhazırlıq qruplarında dərslər oktyabrın 3-də başlayacaq
# 30 sentyabr 2022 15:46 (UTC +04:00)

2022-2023-cü tədris ili üzrə dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında tədris prosesi 03 oktyabr 2022-ci il tarixində başlayacaq.

Bu barədə APA-ya Elm və Təhsil Nazirliyindən bildirilib. Məktəbəhazırlıq qruplarında məşğələlər həftədə 4 gün keçilir. Bir gün ərzində 3 məşğələ tədris olunur.

Qeyd edək ki, məktəbəhazırlıq qruplarına 5 yaşı 2022-ci ildə tamam olan uşaqlar qəbul ediliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR