Novxanıda ikimərtəbəli ev yanıb

Novxanıda ikimərtəbəli ev yanıb
# 20 sentyabr 2022 09:22 (UTC +04:00)

Abşeronda ikimərtəbəli evdə yanğın olub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, Novxanı kəndində ümumi sahəsi 300 m² olan ikimərtəbəli 5 otaqlı evin 2-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 60 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR