Ötən dövrdə 456 mindən çox pensiya, müavinət və təqaüd e-qaydada təyin edilib

Ötən dövrdə 456 mindən çox pensiya, müavinət və təqaüd e-qaydada təyin edilib
# 16 sentyabr 2022 14:10 (UTC +04:00)

Bu ilin yanvar-avqust aylarında 18,6 mini pensiya, qalanları müavinət və təqaüd olmaqla, 187,1 min təyinat rəqəmsal infrastruktur üzərindən, proaktiv qaydada həyata keçirilib.

Bu barədə APA-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən xəbər verilib.

Nazirlik tərəfindən 2019-cu ilin əvvəlindən başlayaraq həmin sosial təminat növlərinin təyinatı elektronlaşdırılıb.

Həmin vaxtdan ötən dövrdə 456,1 min pensiya, müavinət və təqaüd e-qaydada təyin edilib.

Bununla da vətəndaşların sosial təminat növlərinə hüquqları yarandığı halda müraciət olunmadan və sənəd təqdim edilmədən onlara müvafiq sosial ödənişlərin təyinatı e-sistem üzərindən aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR