Ötən il Azərbaycanda qeydə alınan xəstəliklər arasında üstünlük təşkil edənlər açıqlanıb.
Dövlət Statistika Komitəsindən APA-ya verilən xəbərə görə, ötən il qeydə alınmış xəstəliklər arasında tənəffüs, bəzi infeksion və parazitar xəstəlikləri, həzm orqanlarının, qan dövranı sisteminin xəstəlikləri, sidik-cinsiyyət sisteminin xəstəlikləri, göz və gözün əlavə aparatının xəstəlikləri eləcə də qan, qanyaradıcı orqanların xəstəlikləri üstünlük təşkil edib.