Oxçuçayda çirklənmənin qiymətləndirilməsi üçün monitorinq aparılıb

Oxçuçayda çirklənmənin qiymətləndirilməsi üçün monitorinq aparılıb
# 01 avqust 2022 16:31 (UTC +04:00)

Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun əməkdaşları Zəngilan rayonunda ezamiyyətdə olublar.

AMEA-dan APA-ya bildirilib ki, Ekspedisiyada Ekotoksikologiya laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru Qriqoriy Palatnikov və həmin laborant Sovet Hümbətov Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılmış işçi qrupun tərkibində Oxçuçayda fiziki-kimyəvi və bioloji monitorinq işlərinin aparılmasında iştirak ediblər.

Oxçuçay hövzəsində planlaşdırılan kompleks elmi-tədqiqat işləri çərçivəsində transsərhəd çirklənmənin qiymətləndirilməsi, torpaq və su ehtiyatlarına təsiri, su və quru canlılarının fizioloji durumunun öyrənilməsi üçün lazımi materiallar əldə edilib.

Hazırda işçi qrupunda təmsil olunan müvafiq tədqiqat müəssisələrində, o cümlədən Fiziologiya İnstitutunda bu materialların analizi həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR