Qadın əməyi qadağan olunan iş yerləri azaldılır, yalnız hamilə və 1 yaşınadək uşağı olanlara şamil ediləcək

Qadın əməyi qadağan olunan iş yerləri azaldılır, yalnız hamilə və 1 yaşınadək uşağı olanlara şamil ediləcək
# 30 sentyabr 2022 16:09 (UTC +04:00)

Bu gün Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

APA-nın xəbərinə görə, qanun layihəsinə əsasən mövcud qanunvericilikdə qadınların əməyi qadağan olunan 674 peşə (vəzifə) və iş yeri azaldılaraq 204 müəyyən ediləcək.

Eyni zamanda qadağan edilən peşə (vəzifə) və iş yerləri bütün qadınlara deyil, yalnız hamilə və ya bir yaşınadək uşağı olan qadınlara tətbiq ediləcək.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR