Rezidenturaya əlavə yerləşdirmə zamanı qəbul olanların qeydiyyatı başlayır

Rezidenturaya əlavə yerləşdirmə zamanı qəbul olanların qeydiyyatı başlayır
# 21 sentyabr 2022 10:09 (UTC +04:00)

Bu gün saat 12:00-da ali tibb təhsili əsasında həkim mütəxəssislərin hazırlanması məqsədi ilə rezidenturaya boş qalan plan yerlərinə əlavə yerləşdirmə zamanı qəbul olanların qeydiyyat prosesinə start veriləcək.

Bu barədə APA-ya Elm və Təhsil Nazirliyindən xəbər verilib.

Bildirilib ki, qəbul olan namizədlər https://portal.edu.az/ sistemindən qeydiyyatdan keçərək “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər. Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi və qəbul məlumatlarının təsdiq edilməsi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür.

Qeydiyyat prosesi 26 sentyabr saat 23:59-da yekunlaşacaq.

Qeyd edək ki, müvafiq xidmətdən istifadə etməklə qeydiyyatdan keçməyən və təhsil müəssisəsindən təsdiq almayan şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR