Son 4 ildə yarım milyon sosial ödəniş təyinatı proaktiv qaydada aparılıb

Son 4 ildə yarım milyon sosial ödəniş təyinatı proaktiv qaydada aparılıb
# 17 yanvar 2023 10:13 (UTC +04:00)

Keçən il 23 mini pensiya, qalanı müavinət və təqaüd təyinatı olan 231 min təyinat elektron qaydada proaktiv şəkildə həyata keçirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən APA-ya verilən xəbərə görə, Nazirlik tərəfindən 2019-cu ilin əvvəlindən başlayaraq sosial təminat növləri üzrə ödənişlərin təyinatı elektronlaşdırılıb.

Ötən dövrdə 500 min pensiya, müavinət, təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada aparılıb. Onlardan 71 mini pensiya, 429 mini müavinət, təqaüd təyinatları olub.

Proaktiv təyinat mexanizmi vətəndaşların sosial təminat növlərinə hüquqları yarandığı halda müraciət olunmadan və sənəd təqdim edilmədən müvafiq sosial ödənişlərin təyinatının e-sistem üzərindən avtomatik aparılmasına imkan verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR