Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Şuşa şəhərində keçirilən "Yenidənqurma, sülh və inteqrasiya: Enerji, iqtisadiyyat, ətraf mühit və kapital" adlı tədbirin ikinci panel müzakirəsi başlayıb.
APA xəbər verir ki, mövzusu “Mədəni irs və ortaq dəyərlər” olan panelin moderatoru İrqçilik əleyhinə Avropa Şəhərlər Koalisiyasının Prezidenti Benedetto Zaççirolidir.
Xatırladaq ki, tədbirdə Azərbaycanın hökumət və dövlət nümayəndələri ilə yanaşı müxtəlif ölkələrdən 30-dan çox xarici rəsmilər iştirak edir.
Fuad Sadıqov