TƏBİB Ağdam xəstəxanasının 12 əməkdaşının zəhərlənməsi ilə bağlı məlumat yayıb

TƏBİB Ağdam xəstəxanasının 12 əməkdaşının zəhərlənməsi ilə bağlı məlumat yayıb
# 09 avqust 2022 15:21 (UTC +04:00)

Bu gün Ağdam Rayon Mərkəzi Xəstəxanasının 12 əməkdaşı zəhərlənmə diaqnozu ilə xəstəxananın Qəbul şöbəsinə yerləşdirilib.

Bu barədə APA-ya TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, onların hər birinin vəziyyəti stabil olaraq qiymətləndirilir.

Hazırda müalicələri davam etdirilir, onların vəziyyəti TƏBİB rəhbərliyinin nəzarətindədir.

Zəhərlənmənin səbəbi araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR