Təhsil İnstitutu: Məktəblərdə 3 mindən çox vakant yer tutulmayıb

Nurlan İsmayılbəyli

© APA | Nurlan İsmayılbəyli

# 08 sentyabr 2022 14:51 (UTC +04:00)

Ümumtəhsil məktəblərində tutulmayan vakant müəllim yerlərinin sayı açıqlanıb.

APA xəbər verir ki, bu barədə Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli "Media və təhsil dialoqu" mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı məlumat verib.

O bildirib ki, təəssüf olsun ki, həm ötən il, həm də bu il boş qalan yerlər oldu.

"Tutulmayan vakant yerlər dərs saatları daha az olan və ucqar yerlərdəki məktəblərdədir. Bu il təxminən həm müddətli, həm də müddətsiz şərtlərlə işə qəbul edilənlərin sayı 6 min nəfərdir. İl ərzində boş qalan yerlərə müddətli müqavilə ilə işə qəbul aparılacaq".

MİQ üzrə müsabiqə iştirakçılarının təxminən yarısı müəyyənləşdirilmiş minim bal tələbini ödəyə bilməyib. Builki müsabiqədə maksimal balı toplayan namizəd olmayıb.

Qeyd edək ki, vakansiyaya 9805 yer çıxarılmışdı və 3000-dən çox yer tutulmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR