Türkiyə-İran sərhədində zəlzələ olub, Naxçıvanda hiss edilib - YENİLƏNİB

Türkiyə-İran sərhədində zəlzələ olub, Naxçıvanda hiss edilib - YENİLƏNİB
# 18 yanvar 2023 15:28 (UTC +04:00)

İranın Qərbi Azərbaycan əyalətində 5.4 bal gücündə zəlzələ baş verib.

APA-nın Tehran bürosunun məlumatına görə, yeraltı təkanlar İranın Qərbi Azərbaycan əyalətinin Xoy şəhərində qeydə alınıb.

Hələlik dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.

***

14:17

Naxçıvan stansiyasından 100 km cənub-qərbdə Türkiyə-İran sərhədində zəlzələ qeydə alınıb.

Bu barədə APA-ya Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

Qeyd edilib ki, zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 14:08-də. Zəlzələ Naxçıvan Muxtar Respublikasında 5-3 bala qədər hiss olunub.

Zəlzələnin maqnitudası 5.9, dərinliyi 2 km olub.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, zəlzələ daha çox Naxçıvan şəhərində hiss edilib. Zəlzələ təxminən 12-14 saniyə davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR