2022-ci ildə həyata keçirilmiş tədbirlər nəticəsində bütün çətinliklərə baxmayaraq ictimai nəqliyyata etimad artaraq daşımaların həcmi 13% çoxalıb.
APA xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli feysbukda yazıb.
V.Kərimli qeyd edib ki, il ərzində yeni 255 avtobus istifadəyə verilib.
Onun sözlərinə görə, avtobus parkının yenilənməsi 61%-ə çatıb.
"Yeni 8 marşrut xətti nəticəsində daha 30 minə yaxın vətəndaşımızın ictimai nəqliyyata əlçatanlığı təmin edilib. Sektorda şəffaflaşma tədbirləri davam edib və nağdsız səyahətlərin sayı 61%-ə çatıb. Gündəlik orta hesabla 1.100.000 sərnişin nağdsız ödəniş sistemindən istifadə edir", - deyə Vüsal Kərimli qeyd edib.