Yeni tariflər imtahan güzəştləri ilə bağlı qərar layihəsi NK tərəfindən qəbul olunduqdan sonra qüvvəyə minəcək

Yeni tariflər imtahan güzəştləri ilə bağlı qərar layihəsi NK tərəfindən qəbul olunduqdan sonra qüvvəyə minəcək
# 26 iyul 2022 22:02 (UTC +04:00)

İmtahanların qiymətləri ilə bağlı yeni tariflər hələlik qüvvəyə minməyib.

Bu barədə APA-ya Dövlət İmtahan Mərkəzindən xəbər verilib.

Bildirilib ki, yeni tariflər imtahan iştirakçılarına güzəştlər və digər maliyyələşmə məsələləri ilə bağlı Dövlət İmtahan Mərkəzi, Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanan qərar layihəsi Nazirlər Kabineti tərəfindən qəbul olunduqdan sonra qüvvəyə minəcək.

“Qərar layihəsinə əsasən, yeni tariflər qüvvəyə mindikdən sonra da xidmət haqları dövlət büdcəsindən maliyyələşdirilməyən Azərbaycan Respublikası vətəndaşları üçün imtahanlar yenə də güzəştli, yəni köhnə tariflərlə keçiriləcək. Yaranan fərqin dövlət büdcəsi hesabına qarşılanması nəzərdə tutulub” - deyə məlumatda qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR