Teymur Rəcəbov uç oyundur qələbə qazana bilmir

Teymur Rəcəbov uç oyundur qələbə qazana bilmir
# 05 sentyabr 2008 07:57 (UTC +04:00)
Bakı. Kənan Həsənov - APA-Sport. Azərbaycan şahmatçısı Teymur Rəcəbov İspaniyanın Bilbao şəhərində keçirilən “Böyük dəbilqə” superturnirində qələbə üzünə həsrət qalıb. “APA-Sport” agentliyinin məlumatına görə, 21 yaşlı beynəlxalq qrossmeyster ardıcıl üçüncü görüşü də heç-heçə başa vurub. Ağ fiqurlarla oynayan təmsilçimiz Vasili İvançukun (Ukrayna) müqavimətini qıra bilməyib və tərəflər hərəyə 1 xalla kifayətləniblər. Levon Aronyanla (Ermənistan) dünya çempionu Vişvanatan Anandın (Hindistan) görüşündə də qalib müəyyənləşməyib. Yalnız Veselin Topalov (Bolqarıstan) bu turadək məğlubiyyət acısı dadmayan Maqnus Karlseni (Norveç) üstələməyi bacarıb. Qələbə nəticəsində xallarının sayını 5-ə çatdıran V. Topalov liderliyi ələ keçirib. Onu xal ehtiyatını artıra bilməyən M. Karlsen (4 xal) izləyir. T. Rəcəbov, V. Anand və V. İvançukun hesabında 3 xal var. L. Aronyan (2 xal) isə hələ də sonuncu pillədə yer alıb. Bu gün IV tur çərçivəsində M. Karlsen - T. Rəcəbov, L.Aronyan - V. İvançuk və V. Topalov - V. Anand görüşləri keçiriləcək.
Sentyabrın 13-də başa çatacaq “Böyük dəbilqə” superturnirinin mükafat fondu 400 min avroya bərabərdir.

Stolüstü oyunlar

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR