Dünya çempionu titulunu qoruyub

Dünya çempionu titulunu qoruyub
# 24 yanvar 2020 23:07 (UTC +04:00)

Qadın şahmatçıların dünya çempionu adı uğrunda matçı başa çatıb.

Apasport.az saytının məlumatına görə, çinli Ju Venjun titulunu qorumağa nail olub.

28 yaşlı asiyalı şahmat tacı uğrunda qarşılaşmada rusiyalı Aleksandra Qoryaçkina ilə görüşüb. 12 partiyadan ibarət dueldə qalib müəyyənləşməyib – 6:6.

Çempionun adına tay-brekdə aydınlıq gəlib. Daha təcrübəli çinli 21 yaşlı rəqibinin müqavimətini qıraraq qalib gəlib – 2,5:1,5.

Qeyd edək ki, 2018-ci ildən planetin ən güclüsü adını daşıyan Ju Venjun növbəti dəfə titulunu 2022-ci ildə qorumalı olacaq.

Stolüstü oyunlar

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR