Levon Aronyan ABŞ yığmasına keçib

Levon Aronyan ABŞ yığmasına keçib
# 27 fevral 2021 11:02 (UTC +04:00)

“Levon hələ 2013-cü ildə ilk Sinkfild kubokunda oynayıb. Bu illər ərzində onu cılğın idmançı və əsl centlmen kimi tanımışam”.

Apasport.az saytının məlumatına görə, bunu amerikalı biznesmen Reks Sinkfild deyib.

O bildirib ki, ABŞ Ermənistanı tərk edən qrossmeyster Levon Aronyanı qucağına alacaq: “Aronyan bizim idmanda bütün ən yaxşı şeyləri təcəssüm edir. O, Sent-Luisə köçmək və ABŞ yığmasında iştirak üçün bizə müraciət edəndə başa düşdüm ki, bundan yaxşı variant da ola bilməz. Onu salamlayırıq və qucağımızı açaraq qarşılayırıq”.

Qeyd edək ki, Aronyan Ermənistanı tərk etmək barədə qərar verib.

Stolüstü oyunlar

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR