Şahmat Olimpiadasının biri ləğv edilib, birinin yeri dəyişdirilib

Şahmat Olimpiadasının biri ləğv edilib, birinin yeri dəyişdirilib
# 10 dekabr 2020 00:47 (UTC +04:00)

Beynəlxalq Şahmat Federasiyası (FİDE) Ümumdünya Şahmat Olimpiadaları ilə bağlı qərarını açıqlayıb.

Apasport.az saytının məlumatına görə, qurum bir yarışı ləğv edib, digərinin yerini dəyişib.

FİDE-nin prezidenti Arkadi Dvorkoviç bildirib ki, növbəti Olimpiada 2022-ci ildə Rusiyada təşkil olunacaq. Şimal qonşularımız 2020-ci ilin Olimpiadasını qəbul etməli idi.

Lakin koronavirus səbəbindən turnir 2021-ci ilə təxirə salınıb. 2022-ci ildə Olimpiadaya ev sahibliyi etməli olan Belarus isə yarışı keçirməkdən boyun qaçırıb.

FİDE bu səbəbdən də qərar verib ki, 2021-ci ildə Olimpiada təşkil olunmasın, əvəzində 2022-ci ilin yarışı Rusiyada baş tutsun.

Qeyd edək ki, 2024-cü ildə yarış Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək.

Stolüstü oyunlar

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR