Teymur Rəcəbov “Airthings Masters” turnirində yarımfinala yüksəlib

Teymur Rəcəbov “Airthings Masters” turnirində yarımfinala yüksəlib
# 30 dekabr 2020 23:35 (UTC +04:00)

Onlayn blits şahmat üzrə “Airthings Masters” turnirində nokaut mərhələsi başa çatıb.

Apasport.az saytının məlumatına görə, dairəvi sistemlə keçirilən birinci mərhələdə ilk 8 yeri tutan şahmatçılar 1/4 finalda üz-üzə gəliblər.

Bu gün raundun ikinci matçları keçirilib. Yarışda iştirak edən azərbaycanlı qrossmeyster Teymur Rəcəbov 1/4 finalda rusiyalı Yan Nepomnyaşi ilə növbəti görüşdə üz-üzə gəlib. İlk qarşılaşmada olduğu kimi, yenə 2:2 hesabı qeydə alınıb.

Hesab bərabər olduğundan şahmatçılar blitsdə zəkalarını yoxlayıblar. 2 oyundan ibarət mübarizədə də qrossmeysterlər “sülh” bağlayıblar – 1:1.

Qalibi müəyyənləşdirmək üçün armageddon oynanılıb. Rəcəbov qara fiqurlarla heç-heçə etdiyindən yarımfinala yüksəlib.

O, bu mərhələdə norveçli dünya çempionu Maqnus Karlseni yarışdan kənarlaşdıran rusiyalı Danil Dubovla oynayacaq. Şahmatçılar finala vəsiqə üçün 2 gün – dekabrın 31-də və yanvarın 1-də qarşılaşacaqlar.

Digər yarımfinal cütündə isə Levon Aronyanla (Ermənistan) Maksim Vaşye-Laqrav (Fransa) mübarizə aparacaq.

Qeyd edək ki, turnir 2021-ci il yanvarın 3-də yekunlaşacaq.

Stolüstü oyunlar

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR