Teymur Rəcəbov “Skilling open” turnirində mübarizəni dayandırıb

Teymur Rəcəbov “Skilling open” turnirində mübarizəni dayandırıb
# 27 noyabr 2020 01:28 (UTC +04:00)

Onlayn şahmat üzrə “Skilling open” turnirində pley-off mərhələsi başa çatıb.

Apasport.az saytının məlumatına görə, 16 şahmatçının dairəvi sistemlə mübarizəsindən sonra ən yaxşı 8 iştirakçı 1/4 finalda qüvvəsini sınayıb.

Uesli So ilə ilk matçı (2,5:0,5) vaxtından əvvəl başa vuran Azərbaycan qrossmeysteri Teymur Rəcəbov ikinci qarşılaşmada uduzub - 1,5:2,5. Hesab bərabər olduğundan şahmatçılar blitsdə zəkalarını yoxlayıblar. 2 oyundan ibarət mübarizədə də qrossmeysterlər “sülh” bağlayıblar.

Qalibi müəyyənləşdirmək üçün armageddon oynanılıb. Rəcəbov ağ fiqurlarla heç-heçə etdiyindən So yarımfinala yüksəlib.

Stolüstü oyunlar

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR