Teymur Rəcəbov Dünya Kubokunda finalın ikinci görüşündə uduzub

Teymur Rəcəbov Dünya Kubokunda finalın ikinci görüşündə uduzub
# 01 oktyabr 2019 17:38 (UTC +04:00)

Azərbaycan şahmatçısı Teymur Rəcəbov Dünya Kubokunun finalında ikinci görüşünü keçirib.

APA-nın məlumatına görə, 32 yaşlı qrossmeyster Rusiyanın Xanti-Mansiysk şəhərində keçirilən yarışın həlledici matçında çinli Dinq Lirenlə üz-üzə gəlib.

İlk qarşılaşmada heç-heçə oynayan həmyerlimiz bu dəfə məğlubiyyətə üzülüb – 0:1. Nəticədə asiyalı rəqib 1,5:0,5 hesabı ilə önə keçib.

T. Rəcəbovla D. Liren klassik şahmatda daha 2 dəfə üz-üzə gələcəklər.

Qeyd edək ki, turnir oktyabrın 4-də başa çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR