Azərbaycan prezidenti İlham Əliyev təyyarə qəzası ilə əlaqədar Qırğızıstan prezidentinə başsağlığı verib

Bakı - APA. Azərbaycan prezidenti İlham Əliyev Qırğızıstan prezidenti Kurmanbek Bakiyevə başsağlığı verib. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Bişkek yaxınlığında aviasiya qəzası nəticəsində çoxsaylı insan tələfatı barədə xəbəri dərin kədər hissi ilə qarşıladığını qeyd edən prezident İ. Əliyev K. Bakiyevə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Qırğızıstan xalqına Azərbaycan xalqı adından və öz adından dərin hüznlə başsağlığı verib, zərərçəkənlərin tezliklə sağalmasını arzulayıb.
Qeyd edək ki, avqustun 24-də Qırğızıstanın paytaxtı Bişkekdəki Manas aeroportunda təyyarə qəzası baş verib. “Bişkek-Tehran” reysini həyata keçirmək üçün havaya qalxan “Boeing-737” təyyarəsi texniki nasazlıq səbəbindən 10 dəqiqə sonra hava limanına dönmək istəsə də, qəzaya uğrayıb. Nəticədə onlarla sərnişin ölüb, bir neçə nəfər isə yaralanıb.

Xarici siyasət

Rusiya və İran prezidentləri Qarabağı müzakirə edib

Ərdoğan: Azərbaycan TDT-nin Zirvə Toplantısında Şimali Kiprin iştirak etməsini istəyir

Kreml: Qarabağda beynəlxalq missiya yalnız Bakının razılığı ilə mümkündür