Elmar Məmmədyarov Qərbi Avropa İttifaqı Assambleyasının Siyasi Məsələlər Komitəsinin sədr müavini Mayk Hankoku qəbul edib

Elmar Məmmədyarov Qərbi Avropa İttifaqı Assambleyasının Siyasi Məsələlər Komitəsinin sədr müavini Mayk Hankoku qəbul edib
# 25 avqust 2008 13:33 (UTC +04:00)
Bakı-APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Qərbi Avropa İttifaqı Assambleyasının Siyasi Məsələlər Komitəsinin sədr müavini Mayk Hankokun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə APA-ya XİN Mətbuat Mərkəzindən məlumat verilib. Hazırkı səfərin məqsədinin cari ilin 14-17 sentyabr tarixlərində Qərbi Avropa İttifaqı Assambleyasının geniş tərkibdə Azərbaycana səfərinin təşkilinin olduğunu bildirən nümayəndə heyətinin üzvləri bu səfərlərdə təşkilatın niyyətinin Xəzər regionu ölkələrinin üzləşdikləri problemlər barədə geniş auditoriyanı məlumatlandırmaq və bu problemlərin həlli yollarına töhfə vermək üçün “Xəzər dənizi və Avropanın təhlükəsizliyi” mövzusunda məruzənin hazırlanması olduğunu diqqətə çatdırıblar. Bununla əlaqədar olaraq qonaqlar Xəzər hövzəsindən enerji təchizatının təhlükəsizliyi, uzadılmış münaqişələr, Azərbaycanın xarici siyasət perspektivləri məsələləri ilə maraqlanıblar. Nazir Elmar Məmmədyarov təşkilatın regiona maraq göstərməsini alqışlayaraq, bölgədə enerji dəhlizlərinin təhlükəsizliyi və uzadılmış münaqişələrin həlli məsələlərinə xüsusi önəm verilməsinin vacibliyini vurğuyıblar. Dünya ictimaiyyətinin bu münaqişələrin həllində yeganə əsas kimi ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərini götürməsinin ən vacib şərt olduğunu diqqətə çatdırıb. Nazir həmçinin, Ermənistanla münaqişənin Azərbaycanın ən əsas problemi olduğunu bildirərək, ölkəmizin etibarlı, mehriban qonşuluq münasibətlərində maraqlı olduğu və bu cür münasibətlərin bütün regionun təhlükəsizliyi və sabitliyi üçün əhəmiyyətini vurğulayıb. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR