ABŞ senatoru: “Seçkilərin demokratik keçirilməsi seçicilərin özlərindən asılıdır”

Bakı. Laçın Sultanova – APA. “Azərbaycanda keçiriləcək prezident seçkiləri Bakıda keçirdiyim görüşlərdə müzakirə olundu”. APA-nın məlumatına görə, bunu ABŞ Senatının xarici əlaqələr komitəsinin sədr müavini, respublikaçı-senator Riçard Luqar səfərinin yekunlarına dair bu gün keçirdiyi mətbuat konfransında bəyan edib. Azərbaycanda seçkilər sistemində irəliləyişləri yüksək qiymətləndirən senator seçkilərin demokratik keçirilməsinin seçicilərin özlərindən asılı olduğunu vurğulayıb: “Azərbaycanda çox istəyirlər ki, seçkilər demokratik keçirilsin”.
Xarici siyasət

Rusiya və İran prezidentləri Qarabağı müzakirə edib

Ərdoğan: Azərbaycan TDT-nin Zirvə Toplantısında Şimali Kiprin iştirak etməsini istəyir

Kreml: Qarabağda beynəlxalq missiya yalnız Bakının razılığı ilə mümkündür
