ABŞ-ın vitse-prezidenti Riçard Çeyni sentyabrın əvvəlində Azərbaycana səfər edəcək

Vitse-prezidentin turnesinə Azərbaycan, Gürcüstan, Ukrayna və İtaliyaya səfərlər daxildir. Analitiklər bu səfəri Riçard Çeyninin Rusiya ilə münaqişədə Tiflisə dəstək nümayiş etdirmək kimi qiymətləndirirlər.
ABŞ-ın Azərbaycandakı səfirliyindən APA-ya daxil olan açıqlamada isə bildirilir ki, vitse-prezident turne zamanı Azərbaycan prezidenti İlham Əliyev, Gürcüstan prezidenti Mixail Saakaşvili, Ukrayna prezidenti Viktor Yuşenko, İtaliya prezidenti Napoliatano və baş nazir Silvio Berluskoni, eləcə də əlaqədar hökumətlərin yüksək rütbəli nümayəndələri ilə görüşəcək. Çeyni xarici liderlərlə bu görüşlərdən əlavə, İtaliyada, Leyk Komoda “Dünya, Avropa və İtaliyada məlumat” adlı Ambrosettinin forumunda iştirak və çıxış edəcək.

Xarici siyasət

Rusiya və İran prezidentləri Qarabağı müzakirə edib

Ərdoğan: Azərbaycan TDT-nin Zirvə Toplantısında Şimali Kiprin iştirak etməsini istəyir

Kreml: Qarabağda beynəlxalq missiya yalnız Bakının razılığı ilə mümkündür