Diplomat: “ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində mövqeyi dəyişilməyib”

Bakı. Laçın Sultanova - APA. ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində mövqeyi dəyişilməyib. APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, bu barədə bu gün ABŞ-ın Ermənistandakı müvəqqəti işlər vəkili Cozef Penninqton deyib. O bunu ABŞ-ın Hadson Universitetinin Avrasiya Siyasəti İdarəsinin rəisinin «Cənubi Osetiyada baş vermiş hadisələrdən sonra Rusiya ilə ABŞ arasında yaranmış münasibətlər bu iki ölkənin ATƏT-in Minsk Qrupunda iştirakını mənasız edir» fikrinə münasibət bildirərkən söyləyib. C. Penninqton bildirib ki, bu bəyanat qeyri-rəsmi şəxs tərəfindən edilib və ABŞ-ın Dağlıq Qarabağa dair siyasətini əks etdirmir.
Xarici siyasət

Kreml: Qarabağdakı qondarma rejimin mövcudluğuna son qoyulması ilə bağlı bəyanat nəzərə alınıb

Rəsmi Bakı Qarabağ bölgəsində yaşayan erməni sakinləri öz yaşayış yerlərini tərk etməməyə çağırıb

XİN Paşinyana cavab verib
