Azərbaycan Rusiya-Gürcüstan qarşıdurması ilə bağlı Avropa Şurasında keçiriləcək iclaslarda Gürcüstanı dəstəkləyəcək

Bakı. Laçın Sultanova - APA. Gürcüstanda yaranmış vəziyyətlə bağlı məsələ Avropa Şurası (AŞ) Bürosunun sentyabrda keçiriləcək iclasında və digər toplantılarda müzakirə ediləcək. APA-nın məlumatına görə, Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Azərbaycanın bu məsələ ilə bağlı açıq və konkret mövqeyinin olduğunu, rəsmi Bakının Gürcüstanın ərazi bütövlüyünü dəstəklədiyini, bu münaqişənin tezliklə beynəlxalq qanun və sülh yolu ilə həllinin tərəfdarı olduğunu bildirib: “Biz müzakirələrdə Gürcüstanın mövqeyini dəstəkləyəcəyik”.
“Azərbaycan nümayəndə heyəti bu prinsiplərdən çıxış edərək bütün iclaslarda, o cümlədən sentyabrın 5-də Parisdə keçiriləcək AŞ Bürosunun iclasında öz mövqeyini bildirəcək” deyən S. Seyidov həm Rusiya, həm də Gürcüstanın münaqişə ilə bağlı öz mövqelərini AŞ-yə artıq çatdırdığını bildirib. O, iclaslarda gərgin müzakirələrin keçiriləcəyini proqnozlaşdırıb.

Xarici siyasət

Kreml: Qarabağdakı qondarma rejimin mövcudluğuna son qoyulması ilə bağlı bəyanat nəzərə alınıb

Rəsmi Bakı Qarabağ bölgəsində yaşayan erməni sakinləri öz yaşayış yerlərini tərk etməməyə çağırıb

XİN Paşinyana cavab verib