Azərbaycanda seçkiləri izləyəcək AŞ PA müşahidəçilərinin tərkibi AŞ Bürosunun sentyabrın 5-də keçiriləcək iclasında təsdiqlənəcək

Bakı. Laçın Sultanova-APA. Azərbaycanda prezident seçkilərini izləyəcək Avropa Şurası Parlament Assambleyasının (AŞPA) missiyasının tərkibi Avropa Şurası Bürosunun sentyabrın 5-də Parisdə keçiriləcək iclasında tam təsdiqlənəcək. APA-nın məlumatına görə, bu barədə Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib.
S. Seyidovun sözlərinə görə, seçkiqabağı araşdırma missiyası bu yaxınlarda Azərbaycana səfər edəcək, sonra isə geniş tərkibli missiya gələcək. O, Azərbaycanda keçiriləcək prezident seçkilərinin AŞ PA-nın yanvar sessiyasının gündəliyinə salınacağını da vurğulayıb.
Qeyd edək ki, AŞ PA seçkiləri müşahidə etmək üçün 30 müşahidəçi göndərməyi planlaşdırır. Missiyaya Azərbaycan üzrə həmməruzəçi Andres Herkel rəhbərlik edəcək.

Xarici siyasət

Rəsmi Bakı Qarabağ bölgəsində yaşayan erməni sakinləri öz yaşayış yerlərini tərk etməməyə çağırıb

XİN Paşinyana cavab verib

Türkiyə Qarabağda antiterror tədbirlərindən sonra bölgədə atəşkəs rejiminin pozulmadığını bildirib