Ann Dersi: “Çeyninin səfəri ABŞ-ın Azərbaycanla strateji əməkdaşlığın daha da dərinləşməsinə olan sədaqətinin təcəssümüdür”

Ann Dersi: “Çeyninin səfəri ABŞ-ın Azərbaycanla strateji əməkdaşlığın daha da dərinləşməsinə olan sədaqətinin təcəssümüdür”
# 26 avqust 2008 12:18 (UTC +04:00)
Səfir Azərbaycan və ABŞ-ın regional və qlobal təhlükəsizliyin təmin olunmasında tərəfdaş olduğunu bildirib: “İraq və Əfqanıstanda yaranmaqda olan demokratiyaya dəstək və Azərbaycanın sərhədlərinin güclənməsi işində birgə işləyirik. Bizim tərəfdaşlığımıza, həmçinin, Azərbaycanı və regionu Qərblə bağlayan strateji enerji layihələri də daxildir. Biz Azərbaycan xalqı və enerji istehlakçılarının maraqları naminə enerji ehtiyatlarını hara və necə çıxarmasını təmin etmək üçün rəsmi Bakı ilə işləmək istəyirik. ABŞ Azərbaycanla həmrəydir, demokratiya və bazar islahatları bu ölkənin uzunmüddətli uğuru üçün açardır”.

Azərbaycanın on ildən artıqdır, ABŞ-ın strateji partnyoru olduğunu qeyd edən səfir D. Çeyninin nəzərdə tutulan səfərini rəsmi Vaşinqtonun əlaqələrə verdiyi əhəmiyyətin göstəricisi adlandırıb: “Bu əlaqələrə iqtisadi və enerji sahələri, təhlükəsizlik sahəsində əməkdaşlıq, regionda siyasi və iqtisadi islahatlar daxildir”.

Səfir regiona səfəri çərçivəsində Çeyninin Tbilisidə də olacağını, ABŞ-ın Gürcüstan xalqı ilə həmrəyliyini nümayiş etdirəcəyini vurğulayıb. A. Dersi ölkəsinin Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü tam dəstəklədiyini də qeyd edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR