Səfir: “Rusiyanın Gürcüstana müdaxiləsindən sonra ABŞ-ın verdiyi bəyanatlar və atdığı addımlar hədə məqsədi güdmür”

APA-nın məlumatına görə, bu sözləri ABŞ-ın Azərbaycandakı səfiri, xanım Ann Dersi deyib. “Rusiyanın əməlləri sözdən daha çox danışır və əksəriyyət bu əməllərin təkcə Gürcüstana deyil, demokratiyaya can atan digər ölkələr üçün də təhlükə yaratdığı qənaətindədir”, söyləyən diplomat Gürcüstan və Azərbaycan kimi suveren dövlətlərin öz kurslarını özlərinin müəyyən etdiklərini vurğulayıb: “Onlar bunu edərkən Amerika Birləşmiş Ştatlarının dəstəyinə və əməkdaşlığına arxalana bilərlər. Vitse-Prezident Çeyninin səfəri bu dəstəyin növbəti göstəricisi olacaq”.
Xarici siyasət

Kreml: Qarabağdakı qondarma rejimin mövcudluğuna son qoyulması ilə bağlı bəyanat nəzərə alınıb

Rəsmi Bakı Qarabağ bölgəsində yaşayan erməni sakinləri öz yaşayış yerlərini tərk etməməyə çağırıb

XİN Paşinyana cavab verib
