Azərbaycan prezidenti Qərbi Avropa İttifaqı Parlament Assambleyasının fəxri sədrini qəbul edib

Azərbaycan prezidenti Qərbi Avropa İttifaqı Parlament Assambleyasının fəxri sədrini qəbul edib
# 26 avqust 2008 14:57 (UTC +04:00)
Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev avqustun 26-da Qərbi Avropa İttifaqı Parlament Assambleyasının fəxri sədri Stefan Qorisin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, səfərdə məqsəd Azərbaycanda və ümumən Xəzər regionunda gedən proseslər, enerji təhlükəsizliyi məsələləri istiqamətində görülən işlər barədə məruzə hazırlamaqdır. S. Qoris hesabatda Azərbaycanda hökm sürən sabitliyin də əksini tapacağını bildirib.

Öz növbəsində, prezident İ. Əliyev regional məsələlərin hazırda böyük önəm kəsb etdiyini, Azərbaycanın Xəzər regionunda, Qafqazda sabitliyin, enerji təhlükəsizliyinin təmin olunmasında rolunun getdikcə artdığını deyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR