Vasili istratov: “Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlı Rusiyanın əvvəllər bəyan etdiyi mövqeyində dəyişiklik yoxdur”

APA-nın “İnterfaks”a istinadən yaydığı məlumata görə, bu bəyanatla Rusiyanın Azərbaycandakı səfiri Vasili İstratov çıxış edib. Onun sözlərinə görə, Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanıyır: “Rusiyanın Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə bağlı əvvəllər bəyan etdiyi mövqeyində heç bir dəyişiklik yoxdur. Cənubi Osetiya və Abxaziyanın müstəqilliyinin tanınması çətin, məcburi, lakin indiki situasiyada yeganə mümkün qərardır. Bu qərar Gürcüstan hakimiyyət orqanlarının avqustun 8-də Cənubi Osetiyaya qarşı başladığı hərbi əməliyyatla bağlı konkret situasiyanın məhsuludur. Prezidentlər Dmitri Medvedevlə İlham Əliyev arasında iyulda imzalanmış bəyannamə heç bir halda qüvvəsini itirməyəcək”.
Xarici siyasət

Rəsmi Bakı Qarabağ bölgəsində yaşayan erməni sakinləri öz yaşayış yerlərini tərk etməməyə çağırıb

XİN Paşinyana cavab verib

Türkiyə Qarabağda antiterror tədbirlərindən sonra bölgədə atəşkəs rejiminin pozulmadığını bildirib
