Andres Herkel Azərbaycan prezidentinin imzaladığı son əfv fərmanını alqışlayır

Bu barədə APA-ya eksklüziv açıqlamasında Avropa Şurası Parlament Assambleyası (AŞ PA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi, estoniyalı deputat Andres Herkel deyib.
Azərbaycan prezidentinin imzaladığı son əfv fərmanını alqışlayan, bu fərmanla AŞ PA-nın siyasi məhbus siyahısında olan Rasim Əkbərovun azadlığa buraxılması xəbərini sevinclə qarşılayan A. Herkel bu qərarın daha əvvəl qəbul olunmasını məqbul sayır: “Çünki Rasim Əkbərovun səhhətində çox ciddi problemlər var”.
A. Herkel əfv olunmuş Aleksandr Umnyaşkinin nəyə görə cəza almasının isə onun üçün tam aydın olmadığını bildirib.
Həmməruzəçi, həmçinin qeyd edib ki, AŞ PA-nın Müşahidə Missiyası seçkiqabağı mühiti qiymətləndirmək məqsədi ilə sentyabrın 16-17-də Bakıda olacaq. 6 nəfərdən ibarət qiymətləndirmə missiyasına AŞ PA-nın bütün siyasi qruplarından nümayəndələr daxildir.
Qeyd edək ki, müşahidə missiyanın tərkibi sentyabrın 6-da AŞ-nin Bürosunda təsdiqlənəcək. A. Herkelin rəhbərlik edəcəyi 30 deputatdan ibarət missiyaya Azərbaycan üzrə digər həmməruzəçi, bolqarıstanlı deputat Yevgeniya Jivkova daxil deyil.

Xarici siyasət

Kreml: Qarabağdakı qondarma rejimin mövcudluğuna son qoyulması ilə bağlı bəyanat nəzərə alınıb

Rəsmi Bakı Qarabağ bölgəsində yaşayan erməni sakinləri öz yaşayış yerlərini tərk etməməyə çağırıb

XİN Paşinyana cavab verib